Haqqımızda

“Hayat Group” haqqında

İşimizdə olan ciddiliyi və dəqiqliyi sözlə deyil, əməllə göstəririk

“HAYAT Group” 2013-cü ildən etibarən Azərbaycan, Gürcüstan, Ukrayna, Tacikistan, Qırğızıstan, Özbəkistan, Küveyt bazarlarında HOWO-SINOTRUK, XCMG, YTO və ISUZU kimi qabaqcıl dünya markalarının təmsilçisi kimi fəaliyyətə başlayıb.

Ağır yol-tikinti və kənd təsərrüfatı texnikalarının satışı və servisi ilə müxtəlif beynəlxalq maliyyə institularının tərəfdaşı olaraq ciddi satışlara imza atıb.
Dünya miqyasında ekoloji problemlərin baş verdiyi bir zamanda bu sahəyə də öz töhfəsini verən “HAYAT Group” 20 nəfərdən çox yüksək ixtisaslı mühəndis heyətinə malikdir. Üzləşdiyimiz təbiət çirklənməsinin qarşısını almaq, tullantıların qrunt suları ilə təmasını təmamilə izolə etmək ekoloji layihələrimizin əsas məqsədidir. Nəzərə almaq lazımdır ki, su ehiyatlarının 80% qrunt sularından ibarətdir. Gələcək nəsillər üçün təmiz və ekoloji mühiti qorumaq isə tullantılardan səmərəli istifadə etməklə mümkündür.

“HAYAT Group” 2014-cü ildən etibarən ekoloji layihələrin icrasına başlayıb. Avropanın ən böyük poliqonu sayılan Balaxanı Bərk Məişət Tullantıları poliqonunun reabilitasiyası və yenidənqurmasını 2016-cı ildə başa çatdııb. Şirkətimiz məişət tullantıları poliqonu inşası üzrə ölkənin yeganə təcrübəli şirkəti sayılır və Ukrayna, Tacikistan kimi ölkələrdə bu növdən olan layihələr həyata keçirib, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Belarusiya kimi respublikalarda aktiv fəaliyyətini genişləndirməkdədir.

Bu layihələr çərçivəsində su təmizləyici qurğular, müxtəlif çeşidləmə avadanlıqları,tullantıdan alınan qaz yanacağı üçün biogeneratorlar, tullantılardan gübrə alınmasını həyata keçirən texnoloji avadanlıqlar quraşdırılıb və bərk tullantıların idarə olunmasının tam dövrü sistemi təhvil verilib. Peşəkar işçi heyətimiz layihənin hazırlanmasından, işin tam dövr üzrə yerinə yetirilməsinədək böyük təcrübə qazanıb.

Su və kanalizasiya sistemlərinin inşası, bu sistemlərdə istifadə olunan müxtəlif test avadanlıqları üzrə də ABŞ, İngiltərə və bir sıra Avropa ölkələrinin nümayəndəsi olaraq şirkətimiz üstün mövqedədir. Son yeniliklərimizdən biri isə lizinqdir. Yerli və xarici banklar, o cümlədən lizinq şirkətləri ilə əməkdaşlıq nəticəsində ən uğurlu və güzəştli lizinq, kredit şərtlərini təklif edirik.

Xidmətimizdən yararlanmaq üçün şirkətimizdə yaradılmış “Lizinq şöbəsi”nə müraciət etməyiniz kifayətdir. Müraciət əsnasında müştərinin imkanları təhlil edilir və ona ən uyğun şərtlər açıqlanır. Şirkətimiz barədə danışarkən zəruri olan bir məsələni də qeyd etməyimiz vacibdir. “HAYAT Group”un əməkdaşları xüsusi hazırlığı olan yüksək ixtisaslı kadrlardır. Biz operativ, səyyar və stasionar xidmət təklif edən bir mərkəzik.

Müştərilərimizn rahatlığı üçün onlara xidmət mobil qruplarımız tərəfindən yerindəcə göstərilir. Əməkdaşlarımızın ən müasir texnologiyalarla işləməsi üçün isə onlar hər zaman zavodlara və tədris mərkəzlərinə təkmilləşdirmə kurslarına göndərilir. Şirkətin İSO 9001-2015, İSO 14001-2015 və Əməyin mühafizəsi üzrə aldığı sertifikatlar bunun bariz nümunəsidir.

Müştəri məmnuniyyəti və davamlı inkişaf üçün yeni məhsullar təqdim edirik.

Haqqımızda

ISO 45001 Keyfiyyət Standartları seriyası təşkilatların müştəri məmnuniyyətinin artırılmasına istiqamətlənən, ISO 45001:2018 Keyfiyyət İdarəetmə Sisteminin qurulması və təkmilləşdirilməsi, ISO 45001:2018 Beynəlxalq Sertifikatının alınması mövzusunda rəhbərlik edən və Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən nəşr olunan bir standartdır. ISO 45001-də bu seriyaya daxildir.

HMnFZpJz08PMnrh4YxKs

ISO 9001 Keyfiyyət Standartları seriyası təşkilatların müştəri məmnuniyyətinin artırılmasına istiqamətlənən, ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sisteminin qurulması və təkmilləşdirilməsi, ISO 9001:2015 Beynəlxalq Sertifikatının alınması mövzusunda rəhbərlik edən və Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən nəşr olunan bir standartdır. ISO 9001-də bu seriyaya daxildir.

Haqqımızda

ISO 9001 Keyfiyyət Standartları seriyası təşkilatların müştəri məmnuniyyətinin artırılmasına istiqamətlənən, ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sisteminin qurulması və təkmilləşdirilməsi, ISO 9001:2015 Beynəlxalq Sertifikatının alınması mövzusunda rəhbərlik edən və Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən nəşr olunan bir standartdır. ISO 9001-də bu seriyaya daxildir.

Haqqımızda

ISO 14001 Keyfiyyət Standartları seriyası təşkilatların müştəri məmnuniyyətinin artırılmasına istiqamətlənən, ISO 14001:2015 Keyfiyyət İdarəetmə Sisteminin qurulması və təkmilləşdirilməsi, ISO 14001:2015 Beynəlxalq Sertifikatının alınması mövzusunda rəhbərlik edən və Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən nəşr olunan bir standartdır. ISO 14001-də bu seriyaya daxildir.

Bizimlə işləmək sizə niyə rahatdır

Əgər bunu oxuyursunuzsa, doğru seçim etmisiniz Bizimlə işləyən bütün müştərilər hər zaman məmnun qalırlar. Səbəb isə aşağıdakılardır:

Qabaqcıl texnologiya

Gördüyümüz işlərdə ən son texoloji nailiyyətlərdən yararlanırıq ki, bu da müasir zamanla ayaqlaşmaq deməkdir.

Ekspert qrupu

İstər bağladığımız müqavilələrdə, istərsə də icra etdiyimiz layihələrdə təcrübəli ekspertlərlərimiz hər zaman bizimlə olur.

Müştəri məmnuniyyəti

İllərdir sektorda olmağımız müştərilərdə inam yaradır və bu inamın doğrulması yönündə şirkətimizin qazandığı təcrübədən yararlanırıq

Əməyin mühafizəsi

Əməkdaşlarımızın müqavilə əsasında işləməsi və iş şəraitində sağlamlıqlarının qorunması şirkətimizin simasıdır

Yüksək keyfiyyət və zəmanət


``HAYAT GROUP`` gördüyü işləri yüksək keyfiyyətlə icra edir və öhdəlik götürərək zəmanət verir

Vaxtında çatdırılma

Texnika və avadanlıqların zamanında çatdırılmasından tutmuş, layihələrin icrasına kimi müqavilədən kənara çıxılmır

Müraciət göndər

Azərbaycan, Bakı Ziya Bünyadov 1965 Çinarpark biznes-mərkəzi 1A